BAKI, 28 oktyabr. TELEQRAF
Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə oktyabrın 27-də Kənd Əhmədli qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Əliyev İbrahim Allahverdi oğlu 1979-cu il təvəllüdlü Vəliyev Cəfər Fətalı oğluna qarın və döş boşluğundan daxilə nüfuz edən iki bıçaq zərbəsi yetirib.
Faktla bağlı 27 oktyabr 2025-ci il tarixdə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanıb.