AZ

Real ın ulduzu elan etdi Klubdan gedirəm

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real Madrid"in futbolçusu Vinisius Junior klubu tərk etmək istədiyini ifadə edib.

Metbuat.az xəbər verir ki, o, “Real”ın "Barselona"ya 2-1 hesabı ilə qalib gəldiyi oyunda meydandan çıxarkən komandadan ayrılmaq istədiyini açıqlayıb. Məlumata görə, matçın 72-ci dəqiqəsində əvəzlənən futbolçu buna etiraz edib. O, soyunub-geyinmə otağına gedərkən qəzəbli halda, “Komandadan gedirəm. Getməyim daha yaxşıdır”, - deyə bildirib.

Qeyd edək ki, "Real Madrid" Vinisius Juniorla məvacib məsələsi ilə bağlı yeni müqavilə barədə razılığa gələ bilməyib. Futbolçunun “Real”la müqaviləsi 2027-ci ildə yekunlaşır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
metbuat.az

2Mənbələr