Bakı.Trend:
Qəbələdə piyadanın ölməsi ilə nəticələnən qəza baş verib.
Trend xəbərverir ki, oktyabrın 27-si saat 10 radələrində 1975-ci il təvəllüdlüQəbələ şəhər sakini İlham Balakişiyev idarə etdiyi “VAZ-21074”minik markalı avtomobillə İsmayıllı-Qaraməryəm-Şəki magistralyolunun Qəbələ rayon mərkəzi bazarının qarşısından keçən hissəsindəhərəkətdə olarkən yolu keçən piyada - 1951-ci il təvəllüdlü Qəbələşəhər sakini Vəzuhə Əzməmmədovanı vurub.
Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisəyerində ölüb.
Faktla bağlı 27.10.2025-ci il tarixdə Qəbələ RPŞ-də CM-in263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.