AZ

İsrail Livanda genişmiqyaslı müharibəyə hazırlaşır

“Hizbullah” silahlarını təhvil verməkdən imtina edib, Vaşinqton regionda diplomatik missiyaya başlayıb...

Poliqon xəbər verir ki, İsrail ordusu Livanla sərhəddə yeni tammiqyaslı hərbi əməliyyatlara hazırlaşır. Səbəb “Hizbullah” qruplaşmasının ötən il imzalanmış atəşkəs razılaşmalarına baxmayaraq silahlarını təhvil verməkdən imtina etməsidir.

Qruplaşmanın baş katibi Nəim Qasım bəyan edib ki, silah saxlamaq “müqavimət hərəkatının ayrılmaz haqqıdır” və onun tərəfdarları İsrailə qarşı “mübarizəni davam etdirməyə hazırdır”. Bu açıqlama Livanda vəziyyətin yenidən gərginləşməsinə səbəb olub.

Beynəlxalq vasitəçilər artan təhlükədən ciddi narahatlıq bildiriblər. Məlumata görə, ABŞ-ın xüsusi nümayəndəsi Morqan Ortaqus oktyabrın 27-də Beyruta səfər edib və Livan hökumətini vəziyyətin nəzarətdən çıxmaması üçün təcili tədbirlər görməyə çağırıb.

Ekspertlər qeyd edirlər ki, İsrailin Livanla sərhəddə hərbi fəallığı son aylarda rekord səviyyəyə çatıb, bu da regionda yeni qarşıdurma dalğasının başlanğıcını göstərə bilər.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr