AZ

NASA “2025 US6” asteroidinə dair məlumatlara girişi məhdudlaşdırıb

Elm adamları bu qərarın Moskva üzərində görünən bolidlə əlaqəli ola biləcəyini istisna etmir...

Poliqon xəbər verir ki, EADaily portalının məlumatına görə, NASA “2025 US6” adlı asteroidlə bağlı məlumat bazasındakı girişləri müvəqqəti bağlayıb. Qurumun Günəş astronomiyası laboratoriyasından bildirilib ki, məlumatların niyə gizlədildiyi hələlik “aydın deyil”.

Əvvəlcə açıq mənbələrdə yerləşdirilən məlumatlara əsasən, təxminən 2 metr diametrində olan asteroid 28 oktyabrda Yer kürəsindən təxminən 150 min km məsafədən keçməli idi. Lakin kataloqdakı qeydlərin bağlanması bu proqnozun yenidən qiymətləndirildiyini göstərir.

Tədqiqatçılar istisna etmirlər ki, “2025 US6” MoskvaMoskva vilayəti üzərində müşahidə olunan parlaq bolidlə əlaqəli ola bilər. Hazırda NASA və digər elmi mərkəzlər obyektin trayektoriyası və mənşəyi ilə bağlı yeni müşahidə məlumatlarını təhlil edir.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr