Ermənistan Antikorrupsiya Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin sabiq "silahlı qüvvələr" komandanı Mikael Arzumanyan barəsində həbs qətimkan tədbirini dəyişib.
Avtosfer.az bildirir ki, bu barədə onun vəkili Yerem Sarqsyan sosial şəbəkə hesabında məlumat verib.
Məhkəmə qərarı ilə Arzumanyan həbsdən ev dustaqlığına köçürülüb.
O, 2022-ci il sentyabrın 1-dən həbsdə olub.
Xatırladaq ki, Arzumanyan 44 günlük müharibə zamanı xidməti səhlənkarlıqda ittiham olunur.