AZ

Azərbaycanda bankların öhdəliklərinin 74%-dən çoxu depozitlərdir

BAKI, 28 oktyabr. TELEQRAF

Azərbaycanda bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, cəmi öhdəliklərin 74,7 faizi və ya 36 milyard 587,8 milyon manatı depozitlərdən ibarətdir.

Depozit portfelinin 58%-i (21,210.8 mln. manat) hüquqi şəxslərin, 42%-i (15,377 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Seçilən
65
teleqraf.com

1Mənbələr