AZ

Kəmalə 6 ay əvvəl burun əməliyyatı keçiribmiş

Bakıda 21 yaşlı Kəmalə Əbilovanın ölümü ilə bağlı yeni detallar üzə çıxıb. Gənc qızın oktyabrın 27-də səhər saatlarında yaşadığı çoxmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılaraq dünyasını dəyişdiyi bildirilir.

Publika.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, Kəmalə təxminən altı ay əvvəl burun əməliyyatı keçirmişdi və bundan sonra onun səhhətində ciddi dəyişikliklər yaranmışdı. Qızın vəziyyəti getdikcə pisləşib, son aylarda psixoloji narahatlıqlar müşahidə olunub.

Mərhumun dayısı açıqlamasında bildirib ki, əməliyyat "İstanbul Klinikası"nda cərrah Rəşad Məmmədov tərəfindən aparılıb. Onun sözlərinə görə, əməliyyatdan sonra Kəmalənin beynində travma əlamətləri yaranıb, bir neçə həkimə müraciət edilsə də, nəticə alınmayıb.

"Əməliyyatdan sonra uşaqda qorxu və təşviş hissi yaranmışdı, tanımadığı insanları görəndə narahat olurdu," - deyə ailə üzvü Baku Tv-yə qeyd edib.

Seçilən
5
1
publika.az

2Mənbələr