Azərbaycanda biznes kreditlərinin ümumi portfeli 2025-ci ilin 30 sentyabr tarixinə 15 milyard 544,6 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə təxminən 7,4% artım deməkdir. Bu barədə Mərkəzi Bank məlumat verib.
Məlumata görə, 2023-cü ilin sonunda bu göstərici 12 milyard 616,8 milyon manat olub. 2024-cü ilin sonuna qədər portfel 14,8 milyard manata, 2025-ci ilin ortalarında isə 15 milyard manatdan yuxarı səviyyəyə yüksəlib.
Dövlət fondlarının hesabına verilən biznes kreditlərinin həcmi də artım nümayiş etdirib — 2023-cü ilin sonunda 999,5 milyon manat olan bu göstərici, 2025-ci ilin sentyabrında 1 milyard 110,7 milyon manata çatıb. Bu isə 11%-lik artım deməkdir.
Gülnar Nazimqızı