AZ

Dərmanların yerli istehsalına dair Belarusla əməkdaşlıq müzakirələri yekunlaşma mərhələsindədir

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və BelarusRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə BirgəHökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasaAzərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədriSamir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini,Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Trend-inməlumatına görə, iclasda farmasevtika sahəsində Belarustexnologiyasının Azərbaycan ərazisində tətbiqi, dərman vəvaksinlərin yerli istehsalına dair əməkdaşlıq istiqamətindəmüzakirələrin yekunlaşma mərhələsində olduğu bildirilib.

Həmçinin, azad edilmiş ərazilərdə əməkdaşlıq çərçivəsində Ağdamrayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgəagroşəhər layihəsi üzərində işlərin davam etdiyi, Baş planıntəsdiqləndiyi və aqrar istehsalat klasterinin yaradılması üzrə işçiqrupun formalaşdırıldığı qeyd olunub.

Seçilən
14
1
az.trend.az

2Mənbələr