AZ

PKK ayaqda qalmasında Türkiyədə bəzisiyasətçilər də maraqlı olub- ÖZƏL

"PKK terror təşkilatı öz silahlı dəstələrini Türkiyə ərazisindən çıxardığını bəyan etdi. PKK terror təşkilatının liderləri bundan sonra, heç bir perspektivin olmadığını, geosiyasi reallıqların Türkiyənin leyhinə dəyişdiyinin fərqində oldular. Həmçinin terror təşkilatına dəstək verən xarici mərkəzlərin regionda apardığı siyasət PKK vasitəsilə nəticəsiz oldu". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "PKK ayaqda qalmasında Türkiyədə bəzi  siyasətçilər də maraqlı olub. Türkiyə prezidenti R. T. Ərdoğan PKK dəstək verən daxili mərkəzləri neytrallaşdırdı. 
Suriyanın şimal -Şərqində Kürd silahlıları mövcudluğunu qoruyub saxlayır. Onların da PKK ilə bağları istisna deyil. Bu qruplarında sıradan çıxarılması gözlənilir. Türkiyədə PKK probleminin həlli AKP növbəti seçkilərdə uğur qazandıra bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
5
olaylar.az

6Mənbələr