AZ

Yeni baş nazirdən Trampa jest

Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

Onun sözlərinə görə, Takaiçi Tokioda Amerika lideri ilə görüşü zamanı Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Hətta, o, Nobel Sülh Mükafatına Trampın namizədliyi ilə bağlı sənədləri təqdim edib.  

Xatırladaq ki, 2025-ci il Nobel Sülh mükafatının qalibi Venesueladan müxalifətçi Mariya Korina Maçado olub. 

Gülayə Mecid 

Seçilən
51
50
unikal.az

10Mənbələr