Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın28-də Sabirabad Sənaye Məhəlləsində “Humix” MMC-nin aqrokimyəvivasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Trend xəbərverir ki, “Humix” MMC-yə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsininrezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz),kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə,Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisəninillik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsalolunan məhsullar daxili bazarın tələbatının ödənilməsinəyönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimiişlə təmin olunub.
Qeyd edək ki, investisiya məbləği 1,45 milyon manat olanmüəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində AzərbaycanBiznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kreditayrılıb, investisiya təşviqi sənədi verilib.