AZ

Şərurlu İsfəndiyar Elman Nəsirovu BİABIR etdi

İş adamı İsfəndiyar Axundov deputat Elman Nəsirovun qızına 5 illik ev verdiyini açıqlayıb.

Tribunainfo.az-ın verdiyi xəbərə görə, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamının açıqlaması yayılıb.
“Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiyyətli adamdır. Onun nüfuzuna xələl gəlməməsi və adı hallanan qadın Elman müəllimin bir ürək parçası olduğu üçün bu məsələyə öz dəstəyimi göstərmək istəyirəm”.
News365.az bu açıqlamanı yayıb.
O bildirib ki, həmin qadına 5 il müddətində yaşamaq üçün ev verir:
“Qoy gəlib yaşasınlar. 5 ildən sonra mənzili geri qaytararlar. İstəyirəm ki, Elman müəllim haqqında gəzən söz-söhbət aradan yığışsın. Nəzərə alın ki, Elman müəllim mənim əqidə yoldaşımdır. İkimiz də YAP-ın üzvüyük. Ona görə də onu müdafiə etmək, dəstək göstərmək bizim borcumuzdur”.
Qeyd edək ki, bir neçə gün əvvəl deputat Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzər Əliyevə sosial şəbəkədə çıxış edərək atasından gileylənib.
İndi isə şərurlu İsfəndiyar həm özünü reklam edir, həm də deputatı biabır. Demək istəyir ki, deputat qızına bir kirayə ev tuta bilmir, amma onun yerinə 5 illik ev verir.

Fərda Uğur

Seçilən
13
12
tribunainfo.az

10Mənbələr