AZ

Sürücü maşını məhəllənin girişində saxlayıb getdi; sıxlıq yaratdı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Nəsimidə məsuliyyətsiz parklanma digər sürücülərə çətin anlar yaşadıb

Nəsimi rayonunda sürücünün məsuliyyətsiz parklanması digər vətəndaşların narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Rəşid Behbudov küçəsində qeydə alınıb.

Belə ki, 99-TQ-734 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini məhəllənin girişində saxlayaraq ərazini tərk edib. Nəticədə digər sürücülər ərazidən çıxmaqda çətinlik çəkib və bu vəziyyət onların narazılığına səbəb olub.

Məhəllədən çıxmaq istəyən bir sürücü bildirib ki, bu cür məsuliyyətsiz davranışlar tez-tez təkrarlanır:

“Belə sürücülər başqalarını düşünmürlər. Mən indi tələsirəm, amma avtomobilimi çıxara bilmirəm.”

Vətəbdaş həmin anları mobil telefonla qeydə alıblar. Qeyd edək ki, sürücülər parklanma zamanı qaydalara riayət etməli, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar.

Fidan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
avtosfer.az

1Mənbələr