AZ

“Neftçi”nin yeni ulduzu Azərbaycanda Messiyə döndü”

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vensan Abubakarın “Neftçi”nin heyətində debütü bir çox ölkə mətbuatının diqqət mərkəzini çəkib.

Ölkə.Az Sportinfo.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun Premyer Liqanın 9-cu turunda “Qəbələ” ilə görüşdəki performansı sürprizlə qarşılanıb.

Kamerun millisinin üzvünün bir neçə il legioner həyatı yaşadığı Türkiyə mətbuatı da onun çıxışına biganə qalmayıb.

Həmkarlarımız Abubakarı argentinalı Lionel Messi ilə müqayisə ediblər:

“Uzun müddət futbolsuz qaldıqdan sonra belə geridönüşü ancaq ulduzlar bacarar. Topa ilk toxunuşda assist etmək, ardınca qol vurmaq və komandanı qələbəyə daşımaq möhtəşəmdir.

Abubakar “Qəbələ” ilə oyunda Messiyə döndü. Öz formasını bərpa etsə, Azərbaycan çempionatında böyük iz qoyacaq”.

“Neftçi”nin səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Abubakar 70-ci dəqiqədə meydana daxil olaraq debüt edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
3
olke.az

4Mənbələr