AZ

Azərbaycan Prezidenti Çexiya Prezidentini təbrik edib

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Petr Paveli və Çexiya xalqını təbrik edib.

Hafta.az xəbər verir ki, dövlət başçısı təbrik məktubunda qeyd edib:

“İnanıram ki, xalqlarımızın rifahı naminə Azərbaycan-Çexiya dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Prezident İlham Əliyev Petr Pavelə ən xoş arzularını çatdırıb, Çexiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Seçilən
9
5
hafta.az

6Mənbələr