AZ

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

BAKI, 28 oktyabr. TELEQRAF

Rusiya Qırğızıstanın cənub bölgəsinə növbəti ərzaq yardımı göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Bişkekdəki səfirliyi məlumat yayıb.

Məlumata görə, Oş vilayətinə 121,44 ton günəbaxan yağı gətirilib. Bu yardım BMT-nin Ümumdünya Ərzaq Proqramının nümayəndələri və yerli hakimiyyət orqanları tərəfindən ehtiyacı olan ailələrə paylanacaq.

Yerli KİV yazıb ki, Rusiya Qırğızıstanda Ümumdünya Ərzaq Proqramının ən böyük donorudur.

Seçilən
53
2
teleqraf.com

3Mənbələr