AZ

Ermənistanla sülh bizi qəflət yuxusuna aparmamalıdır- ÖZƏL

"Regionda davamlı sabitlik, iqtisadi inkişaf, ən əsası dinc şəraitdə yaşamaq üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması zəruridir. Ümumiyyətlə, sülhün strateji əhəmiyyəti haqqında saatlarla danışmaq olar. Vaxtılə Şuşada sərxoş vəziyyətdə yallı gedən, "Qarabağ Ermənistandır" deyən baş nazir Nikol Paşinyan nəhayət ki, bu gün reallığı, əsl həqiqəti dərk edir,  Azərbaycanla sülh müqaviləsinin imzalanmasına çalışır. Bu istiqamətdə müəyyən addımlar atır. Təbii ki, regionda sabitliyə çalışan, sülh prosesinə dəstək verən bu, addımları alqışlamaq lazımdır.  Amma, lakin bizi narahat edən məqamlar qalmaqdadır". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Mediaya açıqlamalarında bəzi erməni politoloqlar qeyd edirlər ki, Ermənistan indi zəif durumdadır, Azərbaycanla müharibə etmək iqtidarında deyil. Ona görə, sülh razılaşmalarına getməliyik. Zaman keçdikcə, gücləndikcə yenidən öz sözümüzü deməliyik. 
Əslində belə xəbis iddialar, çox düşünülmüş incə məqamlar bizim gözümüzdən yayınmamalıdır. XX əsrdə dəfələrlə belə ssenarilər olub. Ermənilər zəif düşən kimi quzuya dönüblər. Əlverişli şərait yarananda isə məkrli iddialarını ortaya qoyublar.  Mən heç bir vəclə sülh əleyhidarı kimi çıxış etmək fikrində deyiləm.  
Gələcək sülhün davamlılığının təhlükə altına düşməməsi üçün Ermənistan konstitusiya dəşikliyinə getməlidir. Nə zamansa Ermənistanda digər qüvvələr hakimiyyətə gələrsə, sülh müqaviləsinin konstitusiyaya uygun olmadığını əsas gətirib hərbi cinayətlərə  əl ata bilərlər. Məhz ona görə,  Paşinyanı öz ölkəsində konstitusiya dəyişikliyi edib Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır. 
Digər tərəfdən biz ermənilərlə qonşuyuq. Tarixən onlara qarşı münasibətimiz normal olub, Bu topluma məskunlaşmaq, yaşamaq üçün yurd yeri vermişik. Amma bundan belə köhnə bayatılara uyub onlarla  dost olmaq öhdəliyimiz yoxdur. O baxımdan, tarixdən, bütün olub-keçənlərdən ibrət dərsi götürmək şərtilə qonşuluq prinsipləri qorunub saxlanmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
1
olaylar.az

2Mənbələr