AZ

Paşinyan və Araikin gizli planı üzə çıxdı

BAKI, 28 oktyabr. TELEQRAF

Komandası Ermənistan Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmasından şübhələnir.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Ermənistan nəşrinin məlumatına görə, baş nazirin tərəfdaşları üçün seçki qərargahının rəhbəri və onun müavininin növbəti seçkilərdən 8 ay əvvəl təyin edilməsi gözlənilməz olub. Bu tələsik addım Paşinyanın komandasındakı bir çoxlarını düşündürür ki, baş nazir vaxtından əvvəl seçkilərə hazırlaşır.

Bu dəfə qərargahın rəhbəri Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyan seçilib. 2021-ci il seçkilərində isə bu vəzifəni müdafiə naziri Suren Papikyan tutub. Qəzet qeyd edib ki, bu dəyişiklik Arutyunyanın Paşinyana sədaqəti ilə izah olunur.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçirilməlidir.

Seçilən
33
teleqraf.com

1Mənbələr