AZ

Lerikdə yaxın qohumu 56 yaşlı kişiyə xəsarət yetirib

Lerik rayonunun Vılık kənd sakini 1969-cu il təvəllüdlü Bəşir Sahib oğlu İbadov dəqiqləşdirilməmiş kəllədaxili travma, sağ qulağın açıq yarası, sol çiyin qurşağının əzilməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

APA-nın cənub bürosu xəbər verir ki, yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının dediklərinə görə, B.İbadov gözətçisi işləyir və gecə saatlarında da növbədə olub. Ona yaxın qohumu hücum çəkib və bədənin müxtəlif nahiyələrinə xəsarət yetirib.

Hazırda həkimlər B.İbadovun vəziyyətini ağır qiymətləndirir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
1
apa.az

4Mənbələr