AZ

Qəbələdə avtomobil piyadanı vurub

Qəbələ rayonunun Bunud kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, rayon sakini İslam İsbəndiyarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada, 59 yaşlı Elmira Əhmədovanı vurub. Qəza nəticəsində qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
12
4
sia.az

10Mənbələr