AZ

Vladanka Andreeva: “Əlil Təşkilatları İttifaqı bərabərlik və ləyaqətin güclü müdafiəçisinə çevrilib”

Bu gün Bakıda keçirilən Əlil Təşkilatları İttifaqının (ƏTİ) 20 illik fəaliyyətinə həsr olunmuş tədbirdə BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edib.

QHT.az xəbər verir ki, çıxışında Andreeva ƏTİ-nin 20 illik fəaliyyətini cəsarət, dözümlülük və birgə tərəqqi yolu kimi dəyərləndirib.

“20 il sadəcə bir yubiley deyil. Bu, cəsarətin, dözümlülüyün və birgə tərəqqinin yoludur. İttifaq 41 qurumu birləşdirərək bərabərlik, ləyaqət və imkanların güclü müdafiəçisinə çevrilib, ölkə üzrə minlərlə əlilliyi olan şəxsin səsini təmsil edib. Birləşmiş Millətlər Təşkilatı Azərbaycan hökuməti, Əlil Təşkilatları İttifaqı və tərəfdaşlarla birgə inklüziv təhsilin inkişafı, məşğulluq imkanlarının artırılması və icmalarda əlçatanlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. BMT bu yolda sizinlə çiyin-çiyinə dayanmaqdan qürur duyur”

Seçilən
20
qht.az

1Mənbələr