AZ

İtkin şəhidiMübariz Şahmurovla vida mərasimi keçirildi

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Mübariz Ağahüseyn oğlu Şahmurovla vida mərasimi keçirilib.Mərasim Bakıda şəhidin ailə üzvlərinə məxsus evdə baş tutub.Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, M.Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
3
olaylar.az

4Mənbələr