
Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Missiya.Az xəbər verir ki, söhbət zamanı tərəflər Çin-ABŞ münasibətlərinin inkişafı və qlobal sabitlik üçün əhəmiyyətini müzakirə ediblər.
Vanq Yi qeyd edib ki, sağlam və sabit ikitərəfli əlaqələr hər iki ölkənin maraqlarına uyğundur. O, iqtisadi və ticarət məsələlərinin həlli üçün Malayziyanın paytaxtı Kuala Lumpurda çərçivə razılaşmasının əldə edildiyini bildirib.
Rubio isə ABŞ-Çin münasibətlərinin dünyanın ən vacib ikitərəfli əlaqələrindən biri olduğunu vurğulayıb və yüksək səviyyəli dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.
Seyranə QuliyevaMissiya.Az