İlon Mask özünün yaratdığı onlayn-ensiklopediya versiyasını "Grokipedia" adı ilə işə salıb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Onun məlumatına görə, "Wikipedia"nın analoqu olacaq "Grokipedia" saytı oktyabrın 27-də işə salınıb. Hələlik bu versiyada süni intellektin köməyi ilə yazılmış 800 mindən çox yazı var. "Wikipedia" isə özündə təxminən 8 milyon məqaləni birləşdirir. Yeni onlayn-ensiklopediyanın adında Maskın "xAI" şirkəti tərəfindən hazırlanmış "Grok" süni intellektinin adı yer alıb.
İlon Mask 2025-ci ilin sentyabrında bildirib ki, "Grokipedia"nın fəaliyyəti "Wikipedia" ilə müqayisədə daha mükəmməl olacaq. Oktyabrda isə öz onlayn-ensiklopediyasının tezliklə istifadəyə veriləcəyinin anonsunu verib və təbliğatın kökünün kəsilməsi istiqamətində fəaliyyətin vacibliyindən danışıb.
Daha əvvəl Mask "Wikipedia"nın redaksiya siyasəti səbəbindən onun üçün maliyyə ianələrini dayandırmağa çağırıb.
