AZ

Biləcəridə zəncirvari qəza: Üç maşın toqquşdu, yol iflic oldu - VİDEO

Rusiyanın ən böyük neft şirkətlərindən biri “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı şirkətin Mətbuat xidməti yayıb. 

Bildirilib ki, şirkət artıq məsələ ilə bağlı müraciətlərin qəbuluna başlayıb. 

Bu barədə qərar isə ABŞ-nin bir neçə gün əvvəl Rusiya şirkətlərinə qarşı elan etdiyi sanksiyalar fonunda qəbul edilib.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir.

Seçilən
4
avtosfer.az

1Mənbələr