AZ

Bu gün qəhrəman şəhidimiz Fuad Tağıyevin anım günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Fuad Mərdan oğlu Tağıyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 28 oktyabr tarixində Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 1996-cı il noyabrın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmət olub, 2016-cı ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi XTQ tərkibində xidmət etməyə başlayıb. 2016-cı ilin "Aprel" döyüşlərinin iştirakçısı olan Fuad Tağıyev 2018-ci ildə "kiçik gizir" rütbəsi alıb.

Fuad Tağıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
5
qht.az

1Mənbələr