AZ

Baş prokuror Abşeronda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il noyabrın 4-ü saat 10:00-da Abşeron Rayon Prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Abşeron rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Seçilən
19
19
azertag.az

10Mənbələr