AZ

Ərdoğan Starmerlə müzakirə etdi, Merzlə də danışacaq

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin tənzimlənməsini Qərb liderləri ilə müzakirə edir və bu məsələ oktyabrın sonunda Ankarada Almaniya kansleri Fridrix Merz ilə planlaşdırılan görüşdə də qaldırılacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasındakı mənbə “RİA Novosti”yə bildirib.

“Merz oktyabrın 30-da Türkiyəyə səfəri zamanı İstanbulda Rusiya-Ukrayna nümayəndə heyəti arasında danışıqların mümkün bərpasına yönəlmiş təşəbbüslərlə tanış olacaq. Ukraynanın nizamlanması mövzusu Türkiyənin xarici siyasət gündəmində əsas məsələlərdən biridir. Ərdoğan Qərb liderləri ilə danışıqlar da daxil olmaqla, şəxsən bunu nəzarətdə saxlayır. Bazar ertəsi bu mövzu Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə müzakirə edilib”, - mənbə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
2
axar.az

3Mənbələr