AZ

Orban sülh sammitinin Budapeştdə keçiriləcəyini iddia edir

Macarıstanın Baş naziri Viktor Orban Tramp-Putin sammitinin Budapeştdə baş tutacağını yenidən iddia edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İndex” nəşri məlumat yayıb.

Macarıstan hökumətinin başçısı qeyd edib ki, Budapeşt sammitinin tarixi hələlik təxirə salınıb. “ Danışıqlar davam edir və Budapeştdə sülh sammitinin keçiriləcəyi faktdır”, – Orban əlavə edib.

Eyni zamanda, macar siyasətçisi bu görüşün nə vaxt baş tutacağına aydınlıq gətirə bilməyib. Amma sonuncu böyük sülh sammitinin Misirin Şarm əl-Şeyx şəhərində bağlandığına diqqəti cəlb edib. Tərəflər, o cümlədən amerikalılar uzun müddət danışıqlar apardılar, sonra isə şənbə günü müqavilənin bazar ertəsi imzalanacağını elan etdilər. Biz də bunu elə belə təsəvvür etməliyik”, – Orban vurğulayıb.

Xatirə SADİQ

Seçilən
27
nocomment.az

1Mənbələr