AZ

“Qış mövsümü Ukrayna üçün həlledici olacaq” - Almaniya XİN rəhbəri

“Qarşıdakı qış mövsümü Ukrayna üçün həlledici əhəmiyyət daşıyır”.

Missiya.Az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadepul deyib.

Almaniyalı nazir, Qərb müttəfiqlərini Ukraynaya davamlı və möhkəm dəstək göstərməyə çağırıb.

Onun sözlərinə görə, yaxın aylarda vəziyyətin inkişafı böyük dərəcədə Ukraynanın müdafiə qabiliyyətindən asılı olacaq:

“Ukrayna müdafiə qabiliyyətini qoruyub saxlamalıdır”, - deyə siyasətçi vurğulayıb.

Vadepul bildirib ki, Avropa İttifaqının (Aİ) növbəti sammitində Ukraynanın dəstəklənməsi məqsədilə dondurulmuş aktivlərin istifadəsinə dair qərar qəbul olunacaq.

O qeyd edib ki, bu, hüquqi baxımdan mürəkkəb məsələdir və xatırladıb ki, Aİ-nin son sammitində bu barədə yekun qərar qəbul edilməyib:

“Mən güman edirəm ki, Komissiya müvafiq planları təqdim edərsə, qərarın qəbulu dekabr ayında mümkün olacaq”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
44
missiya.az

1Mənbələr