AZ

Tələbələrin “Zəfər” şahmat turniri

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİRK), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib.

Bakı İdman Sarayında keçirilən tədbirin açılış mərasimində AHİK-in sədr müavini Musa Mirzəyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.

Sonra beynəlxalq dərəcəli hakim Fikrət Sideifzadə iştirakçıları turnirin qaydaları ilə tanış edib və yarışa start verilib. Yarışda 14 ali təhsil müəssisəsindən kişi və qadınlar ayrı olmaqla ümumilikdə 28 komanda iştirak edib.

Yarışın nəticələrinə əsasən, qadınlar arasında I yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, II yeri Azərbaycan Dillər Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları tutub. Kişilər arasında isə I yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, II yeri Bakı Ali Neft Məktəbi, III yeri Bakı Dövlət Universitetinin komandaları qazanıb.

Qalib komandalar kubok, medal, fəxri fərmanla təltif olunub, hədiyyələr verilib.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
13
xalqqazeti.az

10Mənbələr