AZ

Müəllimlər 8 saatlıq iş rejiminə keçir ? - Ekspert açıqladı

Bu günlərdə cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri müəllimlərin iş rejimidir. Digər peşə sahibləri kimi, müəllimlərin də məktəbdə müəyyən olunmuş iş rejimi-yəni ölkəmizdə qəbul edilmiş 8 saatlıq iş günü prinsipi ilə çalışması geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, bu fikri Milli Məclisin son iclasında "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklə bağlı elm və təhsil nazirinin müavini İdris İsayev deyib. Bəs, 8 saatlıq iş rejimi müəllimlərə nə vəd edir?

Mövzu ilə bağlı Missiya.Az-a danışan Elşən Qafarov bildirib ki, uzun illərdir ümumi təhsil məktəblərində nizam-intizam qaydalarının və hüquqi normativ aktların qəbul edilməsinə ehtiyac var.

Müəllimlərin iş yükü əsasən dərs saatlarına görə müəyyən olunur və bu, məktəblərdə neqativ hallara səbəb olur. Hər tədris ilinin əvvəlində dərs bölgüsü ilə yanaşı, müəllimlərin dərs cədvəli də hazırlanır, bunun üçün direktor və direktor müavinlərinə əlavə vəsait verilir. Lakin müəllimlər dərslərini bitirdikdən sonra məktəbdən çıxmaq anlayışına üstünlük verirlər".

Ekspert bildirib ki, beynəlxalq təcrübəyə uyğun olaraq müəllimlərin ştat vahidinə qəbul edilməsi labüddür:

"Bu dəyişiklik müəllimlər üçün həm müsbət, həm də bəzi məhdudiyyətlər gətirəcək: məsələn, əgər bir ştat 18 saat müəyyən olunubsa, müəllim həmin ştat üzrə dərs saatları ilə təmin ediləcək; yarım ştat işləyirsə, saatlar ona uyğun olacaq. Bununla dərs cədvəllərinin qurulmasında əlavə ödənişlərə ehtiyac qalmayacaq, müəllim məktəbdə olmalı, dərs sonrası hazırlıq və pedoqoji fəaliyyətə vaxt ayıra biləcək".

Ekspert əlavə edib ki, xüsusilə Bakı ətrafı rayonlarda dərs cədvəlini manipulyasiya edərək həftədə 2-3 dəfə dərs keçib dərhal çıxan müəllim halları artıq olmayacaq.

"Yeni qaydalar müəllimlərin iş rejimini daha səmərəli və ədalətli edəcək və növbəti tədris ilindən tətbiq olunacaq".

Seyranə QuliyevaMissiya.Az

Seçilən
44
missiya.az

1Mənbələr