AZ

Rusiya kəşfiyyatı: Fransa Ukraynaya hərbi qüvvə göndərməyə hazırlaşır

BAKI, 28 oktyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi kontingent göndərmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətindən bildirib.

Qeyd edilir ki, Makronun göstərişi ilə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı təxminən 2 min nəfərlik hərbi birləşmənin Ukraynada yerləşdirilməsi planını hazırlayır.

"Kontingentin əsas hissəsini Fransa xarici legionunun döyüşçüləri, o cümlədən Latın Amerikası ölkələrindən olan legionerlər təşkil edəcək. Legionerlər artıq Polşanın Ukrayna ilə sərhəd bölgələrində yerləşdirilib və hazırda döyüş hazırlığı təlimləri keçirlər",- məlumatda bildirilir.

Seçilən
48
1
teleqraf.com

2Mənbələr