AZ

İsveçdə 13 yaşlı uşaqların həbsinə icazə veriləcək

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Həbsxana yaşı: 13 yaş.

İsveç yetkinlik yaşına çatmayanlar tərəfindən yaradılan quldur dəstələrinə qoşulanlarla bağlı qanunları sərtləşdirir.

AzPost Die Zeit nəşrinə istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayanların iştirak etdiyi dəstələr tərəfindən törədilən ağır cinayətlərin artması səbəbindən İsveç həbs üçün minimum yaşı azaltmaq qərarına gəlib.

Əvvəlcə hökumət ağır cinayətlər törətmiş 15-17 yaşlılar üçün həbsxana bölmələrinin yaradılmasına sərəncam vermişdi. İndi isə Ədliyyə Nazirliyi bu təcrübənin 13 və 14 yaşlılara da şamil ediləcəyini açıqlayıb.

Hazırda İsveçdə 13 və 14 yaşlılar cinayət cəzasına məruz qalmırlar. Mühafizəkar Ulf Kristersson hökuməti tərəfindən təklif edilən qanun layihəsi xüsusilə ağır cinayətlər törətmiş şəxslər üçün bunu dəyişdirəcək.

İsveç ədliyyə naziri Qunnar Strömmer ölkə həbsxanalarında 13-17 yaşlı cinayətkarlar üçün 100-150 həbsxana çarpayısının yaradılacağını elan edib. Altı həbsxanada yeniyetmə oğlanlar, ikisi isə yeniyetmə qızlar üçün bölmələr yaradılacaq. Bu bölmələrin 1 iyul 2026-cı ilə qədər açılması planlaşdırılır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
azpost.info

2Mənbələr