AZ

Tramp F-35 qırıcıları üçün raketlərin Yaponiyaya göndəriləcəyini açıqladı

ABŞ prezidenti Donald Tramp Yaponiyanın F-35 qırıcıları üçün nəzərdə tutulan raketlərin ilk partiyasının yaxın günlərdə Tokiyoya çatdırılacağını bildirib.

Editor.az xəbər verir ki, Tramp bu barədə Kanaqava prefekturasındakı Yokosuka hərbi-dəniz bazasında, USS George Washington təyyarədaşıyan gəmisində çıxışı zamanı məlumat verib.

ABŞ lideri qeyd edib ki, Yaponiya son illərdə hərbi imkanlarını gücləndirmək məqsədilə Amerika istehsalı olan silah və texnika üçün böyük sifarişlər verib. O, həmçinin iki ölkə arasında ticarət və müdafiə əməkdaşlığını “ədalətli və qarşılıqlı faydalı tərəfdaşlıq” kimi qiymətləndirib.

Xatırladaq ki, oktyabrın 28-də Donald Tramp və Yaponiyanın yeni baş naziri Sanae Takaiçi nadir torpaq elementləri və vacib mineralların tədarükü ilə bağlı saziş imzalayıblar. Razılaşma, Çin Xalq Respublikasının bu resursların ixracına nəzarəti gücləndirdiyi bir vaxtda əldə olunub.

ABŞ prezidenti hazırda üç günlük işgüzar səfərlə Yaponiyadadır. Tramp səfər çərçivəsində Yaponiya imperatoru Naruhito ilə də görüş keçirib.

// Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr