Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Şahüseynov Lətif Qəribalı oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib...
Poliqon xəbər verir ki, bu gün Sumqayıt şəhəri 42-ci məhəllədə şəhidin ailəsnin yaşadığı ünvanda vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Lətif Şahüseynov 1969-cu ildə Sumqayıt şəhərində anadan olub.
29 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 41 nömrəli peşə məktəbində təhsilini davam etdirib.
1987-ci ildə Rusiyanın Volqoqrad şəhərində hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan sonra vətənə dönüb. 1992-ci ilin iyun ayında Milli Ordu sıraların qoşulub.
Elə həmin il Xocavənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Sonradan məlum olub ki, Lətif Şahüseynov Zaqatala rayonunun Dağlı kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunub.
Poliqon.info