AZ

“Ukrayna ordusunda fərarilərin sayı bundesver əsgərlərinin sayını keçib” - Almaniya mətbuatı

Ukrayna prokurorluğu hərbi hissələrini icazəsiz tərk edən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə qarşı təxminən 300.000 cinayət işi açıb. Lakin ekspertlər hesab edirlər ki, bu rəqəm az göstərilib.

Herbiand.az bildirir ki, Ukrayna ordusunda fərarilik mövzusu Almaniyanın Berliner Zeitung (BZ) qəzetində işıqlandırılıb.

“Tükənmə, korrupsiya və məcburi səfərbərlik Ukrayna ordusunu bu imkanların həddinə çatdırır”, - məqalədə deyilir.

Müəlliflər iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələrində fərarilərin sayı alman ordusundakı hərbçilərin ümumi sayı ilə müqayisə edilə bilər. Ukrayna bölmələrinin komandirləri tez-tez əsgərlərin kütləvi qaçışını gizlədir və yuxarı rəhbərliyə məlumat vermirlər.

Alman jurnalistlər yazırlar ki, bir çox Ukrayna əsgərləri özlərini “kölə” kimi hiss edirlər və fərarilik dözülməz xidmət şəraitinə qarşı “səssiz etiraz”dır. Həmçinin qeyd olunur ki, bir çox fərari ağır fiziki və zehni yorğunluqdan şikayət edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
4
herbiand.az

1Mənbələr