AZ

Mərkəzi Bank: Son 5 ildə Azərbaycan sığorta bazarı böyüyüb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Son 5 ildə Azərbaycan sığorta bazarı orta hesabla 10 faiz böyüyüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev “Türk Dövlətləri InsurTech Sammiti 2025” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu artım göstəriciləri həyat və qeyri-həyat sığorta şirkətləri üzrə fərqli templərlə müşahidə olunub: “Xüsusilə son illərdə həyat sığorta şirkətlərinin aktivlərində daha yüksək artım tempi qeydə alınıb. Hazırda sığorta bazarında yığımların əsas hissəsi həyatın yaşam sığortası (investisiya yönümlü məhsul), avtonəqliyyat vasitələrinin icbari sığortası və icbari tibbi sığorta məhsulları üzrə formalaşır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
3
azertag.az

4Mənbələr