AZ

Tromb-Emboliya: Qan laxtalanması həyatı təhlükəyə ata bilər

Tromb-emboliya xəstəliyi, qanda laxtalanmanın artması və ya laxtanın qan dövranında hərəkət edərək damarı tıxaması ilə xarakterizə olunur. Ən çox ayaq damarlarında yaranan tromblar, qanla hərəkət edərək ağ ciyər kimi həyati orqanlarda tıxanmaya səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, xəstələrdə şişlik, ağrı, nəfəs darlığı, sinə ağrısı və öskürək kimi əlamətlər görünə bilər. Risk faktorları arasında uzun müddət hərəkətsiz qalmaq, artıq çəki, xroniki xəstəliklər, hamiləlik və bəzi genetik faktorlar yer alır.

Müalicə qan durulaşdırıcı dərmanlarla aparılır, ağır hallarda isə cərrahi müdaxilə tələb oluna bilər. Tromb-emboliya vaxtında diaqnoz qoyulmadıqda həyati təhlükə yarada bilər.

Nəzrin Abbas

E-saglam.az

Seçilən
30
e-saglam.az

1Mənbələr