AZ

Estoniya hərbi Şengen yaradılmasını təklif edir

Estoniyanın müdafiə naziri Hanno Pevkur hesab edir ki, Avropa İttifaqı ölkədən-ölkəyə silahların sürətli daşınmasını təmin edəcək “hərbi Şengen” sistemi yaratmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə o, İspaniyanın El País qəzetinə müsahibəsində bildirib.

“Elə məsələlər kimi – müdafiə planlaşdırılması və hərbi planlaşdırma – NATO-nun vəzifəsidir. Bizə elə bir “hərbi Şengen” lazımdır ki, əgər İspaniyadan Estoniyaya nəsə çatdırmaq lazım gələrsə, bunun üçün heç bir sənədləşmə aparmadan tez hərəkət edə bilək”, - Hanno Pevkur qeyd edib.

Nazir əlavə edib ki, “Avropa İttifaqı da miqrasiya böhranı dövründə olduğu kimi, üzv dövlətlərə yardım göstərilməsi, birgə maliyyələşdirmə və satınalmalar məsələsində kollektiv şəkildə qərar qəbul edə bilər”.

Pevkurun fikrincə, Ukraynanın “Tomahavk” raketlərini əldə etməsi, çox güman ki, münaqişənin gedişatını dəyişməyəcək.

Musavat.com

Seçilən
52
1
musavat.com

2Mənbələr