AZ

Azərbaycanla Belarus arasında yeni birgə layihələr gerçəkləşdirilir

BAKI, 28 oktyabr. TELEQRAF

Azərbaycan və Belarus arasında münasibətlərin yüksək səviyyədədir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında qeyd edilib.

Bildiriliblərki, iki ölkə arasında strateji tərəfdaşlıq, dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad, səmimi siyasi dialoq və dostluq münasibətləri əsasında inkişaf edir.

Qeyd olunub ki, münasibətlərin müqayisəli üstünlüyü məhz müxtəlif sahələr üzrə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişlənməsində və yeni birgə layihələrin gerçəkləşdirilməsində özünü göstərir.

Seçilən
39
teleqraf.com

1Mənbələr