AZ

Belarus texnologiyası ilə dərman və vaksinlər istehsal olunacaq

BAKI, 28 oktyabr. TELEQRAF

"Azad edilmiş ərazilərdə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgə agroşəhər layihəsi üzərində işlərin davam etdirilir".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında qeyd edilib.

Həmçinin aqroşəhərin baş planının təsdiqləndiyi və aqrar istehsalat klasterinin yaradılması üzrə işçi qrupun formalaşdırıldığı qeyd olunub.

Eyni zamanda, farmasevtika sahəsində Belarus texnologiyasının Azərbaycan ərazisində tətbiqi, dərman və vaksinlərin yerli istehsalına dair əməkdaşlıq istiqamətində müzakirələr yekunlaşma mərhələsində olduğu bildirilib.

Seçilən
26
teleqraf.com

1Mənbələr