AZ

AMB sığorta sektorunun maliyyə dayanıqlılığını gücləndirmək istəyir

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankının (AMB) əsas strateji prioritetlərindən biri sığorta sektorunun maliyyə dayanıqlılığının gücləndirilməsidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu AMB-nin Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025"də bildirib.

Onun sözlərinə görə, bu, türk dövlətlərinin də əsas strateji prioritetlərindəndir: "Sektorda korporativ idarəetmə, risk idarəetməsi, xüsusilə də ictimaiyyətə məlumatların açıqlanmasının beynəlxalq standartlara uyğunlaşdırılması əsas prioritetlərimizdəndir. Həmçinin sektorun dayanıqlılığı ilə yanaşı onun böyüməsi bizim diqqətimizdədir. Bununla bağlı, icbari və könüllü sığorta məhsullarının və yaxud sistemlərinin təkmilləşdirilməsi və əlçatanlığının artırılması, həmçinin rəqəmsallaşmanın gücləndirilməsi və sektorda maarifləndirilmə, peşəkar kadr potensialının artırılması kimi tədbirlər ümumi strateji prioritetlərimizdəndir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
2
bakivaxti.az

3Mənbələr