AZ

FHN-in Şimal Regional Mərkəzi taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin cari il üçün hazırlıq planına əsasən, nazirliyin ərazi struktur bölmələrinin xilasetmə dəstələri ilə birgə “Qafqaz Konserv Zavodu” MMC-də istehsalat qəzaları zamanı xilasetmə işinin təşkili mövzusunda taktiki-xüsusi təlim keçirilib.

FHN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, təlimin keçirilməsində məqsəd fövqəladə hal zonasında axtarış, qəza-xilasetmə işlərinin təşkili, yanğınların söndürülməsi, qüvvə və vasitələrin idarəedilməsi, həmçinin əməliyyat qərargahının qurulması və fəaliyyətinin təşkili üzrə heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.

Təlim zamanı şərti olaraq baş vermiş qəza ilə əlaqədar “hadisə yerinə” operativ çatan yanğın-xilasetmə qüvvələri tərəfindən ərazinin kəşfiyyatı, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Bundan əlavə, “xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi”, onların təhlükəli zonadan köçürülməsi və qəza-bərpa tədbirləri reallaşdırılıb.

Tədbirin gedişində zavodun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri və nazirliyin ərazi struktur bölmələri arasında qarşılıqlı fəaliyyət uğurla təşkil edilib, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb və müvafiq tapşırıqlar verilib.

Seçilən
1
7
operativmm.az

8Mənbələr