AZ

“Real”da ciddi itki

“Real”ın kapitanı Dani Karvahal ciddi zədə alıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, ispaniyalı müdafiəçi sağ dizindən zədə alıb. Buna görə də o, əməliyyat olunacaq.

Futbolçunun 2-3 ay meydana çıxa bilməyəcəyi də deyilir.

Qeyd edək ki, Karvahal La Liqada 10-cu turda “Barselona” ilə matçda (2:1) zədələnib.

Xatıladaq ki, ötən ilin oktyabrında Karvahal çarpaz bağlarından zədələnmişdi. O bu il mayın sonunda yaşıl meydanlara qayıtmışdı. Sentyabrın sonlarında yenidən zədələnən futbolçu 3 həftə oyunlardan kənarda qalmışdı.

Seçilən
20
4
redaktor.az

5Mənbələr