AZ

Kəndlilərin mal-qarası hara yoxa çıxır? - DİN-dən AÇIQLAMA

Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərində sakinlərin yuxusu qorxuya çevrilib.

Milli.Az xəbər verir ki, səbəb isə təsərrüfatlarına çağrılmayan qonağın mal-qaralarını oğurlamasıdır. Hadisə müşahidə kameralarına da düşüb.

Sakinlərin verdiyi məlumata görə, iki kənddə ümumilikdə 28 baş xırdasanlı, 20-dən çox at və 7 baş iri buynuzlu heyvan oğurlanıb.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları zərərçəkənlərin təsərrüfatlarına baxış keçirib və faktla bağlı araşdırmalar davam etdirilir. 

Asya Hüseyn
Milli.Az 

Seçilən
43
4
milli.az

5Mənbələr