AZ

Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini üçüncü, yekun oxunuşda qəbul edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, qanun layihəsinə bu gün Dumanın keçirilən plenar iclasında baxılıb.

Parlamentin aşağı palatası təqvim ili ərzində - yanvarın 1-dən dekabrın 31-dək hərbi xidmətə çağırış haqqında qanun layihəsini üçüncü, yekun oxunuşda qəbul edib.

Qanuna əsasən, il ərzində tibbi müayinələr və çağırış kollegiyasının iclasları keçiriləcək, vətəndaşlar müəyyən edilmiş müddətlərdə xidmətə göndəriləcək.

Qeyd edək ki, indiyə qədər Rusiyada hərbi çağırış ildə iki dəfə, yaz (aprelin 1-dən iyulun 15-dək) və payız (oktyabrın 1-dən dekabrın 31-dək) çağırışı olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
6
icma.az

7Mənbələr