Tbilisi Şəhər Məhkəməsi müxalif Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının rəhbəri Levan Xabeişvilini həbsdə saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müxalifətçinin işi üzrə istintaq müddəti uzadıldığından məhkəmə onun barəsində həbs qətimkan tədbirinin qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.
İş üzrə növbəti məhkəmə prosesi dekabrın 9-na təyin olunub.
Qeyd edək ki, L.Xabeişvili sentyabrın 11-də saxlanılıb. Sentyabrın 13-də Tbilisi Şəhər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Siyasətçi vəzifəli şəxslərə rüşvət vəd etməkdə və hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunur.